FİFA iranlı futbolçunu cəzalandırdı

12:44 - 23 Sentyabr 2017

2016-2017 mövsümündə “Çaykur Rizəspor”a transfer olan və bir müddətdən sonra icazə almadan və sözləşmənin şərtlərini yerinə yetirmədən İranın “Persepolis” klubuna keçən Mehdi Taremi FİFA tərfindən cəzalandırılıb.


Sportal.az xəbər verir ki, məsələ ilə bağlı “Çaykur Rizəspor”un şikayətini qəbul edən dünyanın ali futbol qurumu İran millsinin üzvü olan 25 yaşlı oyunçunu 4 aylıq futboldan kənarlaşdırıb. 


“Persepolis” klubuna isə 2 dönəmlik transfer qadağası qoyulub. Həmçinin Türkiyə təmsilçisi 789 min 500 avro təzminat alacaq.

 

Xəbər xətti