Dembelenin sözləşməsinin detalları məlum oldu

13:07 - 23 Sentyabr 2017

Yay transfer dönəmində “Barselona”nın “Borussiya”dan (Dortmund) rənglərinə bağladığı Usman Dembelenin yeni klubu ilə olan sözləşməsinin detalları mətbuata sızıb.


Sportal.az “Football Leaks” nəşrinə istinadən xəbər verir ki, oyunçunun “kataloniyalılar”da alacağı maaş alman təmsilçisində aldığı məvacibdən 5 dəfə artıq olacaq.


Belə ki, Borussiya klubunda illik 2.4 milyon avro qazanan gənc hücumçu “Barselona”da illik 12 milyon avro maaş alacaq.


Fransız futbolçu “Barça”nın heyətində bu mövsüm 3 kubok qazanacağı təqdirdə 3.3 milyon avro bonus əldə edəcək.


Qeyd edək ki, Usman Dembele “Barselona”ya 105+42 milyon avro qarşılığında transfer olmuşdu. 20 yaşlı forvard 25, 50, 75 və 100 oyunda iştirak etdikdən sonra əlavə olaraq 5 milyon avro qazanacaq.


Xatırladaq ki, zədəsi olan futbolçu 4 aydan sonra yaşıl meydanlara qayıdacaq.

 

Xəbər xətti