"Atletiko" "Sevilya"nı məğlub edərək 2-ci pilləyə yüksəldi VİDEO

18:18 - 23 Sentyabr 2017

İspaniya La Liqasında 6-cı turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko” “Sevilya”nı qəbul edib. Madrid komandası qarşılaşmada 2:0 hesabı ilə qələbə qazanıb.

 

Bu qələbə sayəsində “Atletiko” 14 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Hindular" 1 oyun az keçirən "Barselona"dan 1 xal geridədir. "Sevilya" isə 13 xalla 3-cü yerdə məskunlaşıb.

 

"Atletiko" 2 - 0 "Sevilya"

Qollar: Karrasko, 46, Qrizmann, 70

 

 

Xəbər xətti