Samir Əliyev: "Pis oynayıb qələbə qazanmaq da bizə sərf edir"

20:00 - 23 Sentyabr 2017

“Çətin oyun oldu. “Kəpəz” üçün qələbə qazanmaq çox vacib idi. Amma biz də məğlub olmaq niyyətində deyildik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib. Paytaxt klubu Topaz Premyer Liqasının VI turunda öz meydanında “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

 

Oyundan sonra baş tutan mətbuat konfransında Əliyev fikirlərini bildirib: “Qol vəziyyətlərimiz az olsa da, qələbə qolunu vurmağı bacardıq. Qələbə qazandığımız üçün çox şadıq”.

 

- Qələbə qazansanız da, komandanız məzmunlu futbol sərgiləmədi. Bu fikirlə razısınız?

- Deməzdim ki, oyunumuzdan razıyam. Amma qələbə qazanmaq çox vacibdi. Bəzən pis oynayıb qələbə qazanmaq da bizə sərf edir.

 

- Rumıniyalı hücumçu Adrian Popoviçin adı komandanızla birgə hallanır. Onun keçidi baş tutacaq?

- Artıq tibbi müayinədən keçib və müqavilə də imzalayıb. Çox güman ki, gələn oyunlarda bizimlə birgə olacaq. Hücumda rəqabəti artırmaq üçün onu komandamıza dəvət etmişik.

 

- 6 tur və iki qələbə. Nəticələrinizdən razısınız?

- Məncə, yeni yaranan komanda üçün yaxşı nəticədi. 

Xəbər xətti