Zaur Svanadze: "Məncə, bu qərar düzgün deyildi"

Topaz Premyer Liqasının 6-cı turunda səfərdə “Zirə” ilə bərabərə qalan (1:1) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, gürcü mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- İlk hissədə yaxşı oynadıq. Mübarizə apardıq. Hər şey qırmızı vərəqəyə kimi yaxşı getdi. “Zirə” yaxşı komandadı. İkinci hissədə çox təzyiq etdilər. Zirədə bir xal qazanmaq yaxşı nəticədi. Uşaqlara təşəkkür edirəm. Bizi qarşıda çətin oyunlar gözləyir.
 
- Hakim idarəçiliyindən razı qaldız? İlkin Qırtımov qırmızı vərəqə aldı. Buraxdığınız qolda da sanki top qapı xəttini keçmişdi...
- Qol epizodunda dəqiq bir şey deyə bilmərəm. Təkrarı izləməliyəm. Həmin epizoda yan xətt hakimi daha yaxın idi. O ki qaldı qırmızı vərəqəyə, İlkinin ilk sarı vərəqə aldığı epizodda ona vərəqə verilməyə bilərdi. Məncə, bu qərar düzgün deyildi.
 
- “İnter”də maddi cəhətdən problem olduğu vəziyyətdə İlkinə cəza veriləcək?
- Xeyr, belə cəza verilməyəcək.
 
- Nizami Hacıyevin zədəsi nə yerdədi? Vəziyyətinin ağır olduğu görünürdü...
- Növbəti oyunda Qırtımov cəza səbəbindən oynamayacaq. Nizaminin də zədəsi ciddi görünür. Çox güman ki, o da oynaya bilməyəcək.
 
- Nizaminin zədəsi xronikidi?
- Əzələsində yırtıq var deyəsən. Yaxşı ki, qarşıda fasilə var. Yəqin ki, bu müddətdə sağalar.
Tarix: 23 Sentyabr [22:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2017
18  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio