Kamerunlu futbolçu: "Qarabağ" güclüdü, amma top yumrudu" MÜSAHİBƏ

23:27 - 23 Sentyabr 2017

"Zirə" Topaz Premyer Liqasının 6-cı turunda "İnter"lə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "qartallar"ın kamerunlu müdafiəçisi Jozef Bum jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyunda xal itirdik. Azarkeşlərimizin önündə oynayırdıq. Öz meydanımızda hər zaman 3 xal üçün çıxırıq. Fərqi yoxdur, bütün komandalara qarşı qələbə qazanmaq üçün çıxmalısan. Əgər bu istək yoxdusa, heç meydana da çıxma.

 

- "İnter" 50 dəqiqədən çox azlıqda qalsa da, fərqlənə bilmədiniz...

- Hər komanda 10 nəfər qalanda daha da çətin olur. Çünki rəqib qapanır və əks-hücum fürsəti gözləyir.

 

- "İnter"də maliyyə problemi var. Üstəlik, onların transfer qadağası var...
- Vəziyyətlərini bilmirəm. Amma yaxşı performans sərgiləyən klubdu. Bacarıqlı oyunçuları var. Təcrübəli komandadır və oyunçuları uzun müddətdir ki, birgə çıxış edir.

 

- "Qarabağ" lider oldu. Siz isə ikinci oldunuz. Növbəti oyunda da "Qarabağ"la görəşəcksiz.
- Biz hər oyuna 3 xal üçün çıxırıq. Bizim üçün fərqi yoxdu.

 

- "Qarabağ"ın güclü heyəti var. Onları məğlub edəcəyinizə inanırsan?
- "Qarabağ" güclüdü, amma top yumrudu. Matçdan öncə kimsə nəticəni bilmir.

 

- "Qarabağ"ın "Roma" ilə oyunu necə keçəcək?
- Çox çətin olacaq. Ən böyük klublar orda olur. Bu, Çempionlar Liqasıdı. "Qarabağ" qalib gəlsə, Azərbaycan və bizim futbol üçün gözəl olar.

 

- "Qarabağ" "Roma"ya qalib gəlib "Zirə"yə uduzsa, buna nə ad vermək olar?
- Hər şey baş verə bilər.

Xəbər xətti