Kamran ehtiyatda qaldı, komandası məğlub oldu

00:37 - 24 Sentyabr 2017

Futbol üzrə Çexiya çempionatının 8-ci turunun oyunları keçirilib.


Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb. 


Sözügedən kollektiv doğma meydanda “Viktoriya” (Plzen) ilə qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Kamran bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi ehtiyatda qalıb.


Bu nəticədən sonra aktivində 7 xalı olan "Mlada Boleslav" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

Xəbər xətti