Şenol Günəş cəzalandırılacaq

11:55 - 24 Sentyabr 2017

Dünən Türkiyə Super Liqasının 6-cı turunda “Fənərbaxça” “Beşiktaş”ı qəbul edib.


Sportal.az xəbər verir ki, “sarı-lacivərdlilər”in 2:1 qazandığı oyunun 68-ci dəqiqəsində baş hakimə sərt reaksiya göstərəndən sonra tribunaya göndərilən “qara qartallar”ın çalışdırıcısı Şenol Günəşin 2- 5 oyun arası cəza alacağı gözlənilir.


Qeyd edək ki, “Beşiktaş” 7-ci turda doğma meydanında “Trabzonspor”u qəbul edəcək.

 

Xəbər xətti