Neymar saatda 4 min avro qazanır

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin “Barselona”dan 222 milyon avro qarşılığında transfer etdiyi Neymarla olan müqaviləsinin detalları ortaya çıxıb.


Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı ulduz illik 37 milyon avro qazanacaq.


Hücumçu ayda 3 milyon avro məvacib alır. Bildirilir ki, Neymar saatda 4 min avro qazanır və qeyd olunan bu məbləğə heç bir mükafat daxil deyil.


25 yaşlı futbolçu Parisdə 6 min kavdrat metrlik və aylıq kirayə haqqı 14 min avro olan evdə qalır.

 

Tarix: 24 Sentyabr [13:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio