Benzema qəza keçirdi FOTO

13:53 - 24 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan "Real”ın (Madrid) hücumçusu Kərim Benzema yüngül avtomobil qəzası keçirib. 


Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə sentyabrın 22-də baş verib.


"Audi RS6" markalı avtomobili idarə edən 29 yaşlı forvard "Nissan Note" ilə toqquşub.

 

Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib, lakin xəsarət alan olmayıb. Hər iki sürücü testdən keçib və onların sərxoş olmadığı müəyyənləşib. Fransalı futbolçu bundan əvvəl bir neçə dəfə qəza keçirib. O, sürət həddini aşdığı və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə cərimələnib.

 

Xəbər xətti