Keniya ev sahibliyindən məhrum edildi

15:24 - 24 Sentyabr 2017

Keniya 2018-ci ildə Afrika Millətlər Kubokuna ev sahibliyi hüququndan məhrum edilib. 


Sportal.az xəbər verir ki, turnirin İcraiyyə Komitəsi Qanada keçirdiyi 8 saatlıq toplantının ardından belə qərar qəbul edib. 


Təşkilatın rəsmi saytında verilən açıqlamada bildirilir ki, turnirə hazırlığın ləng getməsi bu qərarın verilməsinə səbəb olub. Söhbət yeni infrastruktur obyektlərin tikinitisi və mövcud olanların yenilənməsindən gedir. Ölkədə qeyri-stabil siyasi mühitin hökm sürdüyü də qeyd olunur. 2018 Afrika Millətlər Kubokunun yeni ev sahibi 15 gün ərzində bəlli olacaq. 

Xəbər xətti