"Qəbələ"nin futbolçuları arasında qalmaqal baş verdi

20:00 - 24 Sentyabr 2017

Topaz Premyer Liqasının 6-cı turunda keçirilən “Qəbələ” – “Neftçi” matçı (2:1) bitən kimi qalmaqal yaşanıb.

 

Sportal.az xəbər verir ki, final fiti səslənən kimi meydan sahiblərinin futbolçusu Stiven Monroz komanda yoldaşı Ruslan Qurbanovun üzərinə hücum çəkib. Bu zaman iki futbolçu münaqişə yaranıb. Hər iki futbolçunu komanda yoldaşları ayırıb.

 

Qarşılaşmanın baş hakimi Fariz Yusifov isə Monrozu qırmızı vərəqə ilə cəzalandırıb.

 

Oyundan sonra "CBC Sport"a açıqlama verən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk məsələ ilə bağlı bunları səsləndirib: "Mən orda baş verənləri görmədim. Fikrim başqa yerdə idi. Bunu daha sonra aydınlaşdıracağıq".

 

Xəbər xətti