Ruslan Qurbanov: "Mənə "ağzını yum" dedi"

21:05 - 24 Sentyabr 2017

"Qəbələ" Topaz Premyer Liqasının 6-cı turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin futbolçuları Ruslan Qurbanovla Stiven Monroz arasında oyun başa çatan kimi insident yaşanıb. Matçdan sonra Ruslan Qurbanov Monrozla aralarında baş verən qalmaqal barədə danışıb:

 

"Bir epizodda topu götürdü, mən ondan ötürmə istəsəm də, vermədi. Monroz mənə "ağzını yum" dedi. Oyundan sonra yaxınlaşıb dedim ki, sən komandada tək deyilsən. Burda kloun səhnəsi qurmağına lüzum yoxdu. O da məni vurdu".

Xəbər xətti