Rəşad Sadiqov: "Neftçi" üçün bu yerdə olmaq biabırçılıqdı" MÜSAHİBƏ

21:21 - 24 Sentyabr 2017

"Neftçi" Topaz Premyer Liqasının 6-cı turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların yarımmüdafiəçisi Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb:

 

- "Qəbələ" səfəri çətin olur. İlk hissədə 2 qol buraxmaq bir az pis oldu. Toparlanmaq çətin oldu. 1 qol vurduq, bəxtimiz gətirmədi. adi səhvlərdən qol buraxdıq. Yaxşı kombinasiyalı hücumla qol vurmadılar. Öz səhvlərimizdən üzüldük. İnşallah komandamız düzələcək. Tərlan Əhmədov bunu bacaracaq. Bunun üzərində çox işləyir.

 

- "Neftçi"də çatışmayan nədir?
- Psixoloji durum. Ardıcıl məğlubiyyətlər futbolçuya pis təsir edir. Elə oyunçular olur ki, bu mərhələni aşa bilir. Bu vacib amildi.

 

- "Neftçi"yə gəlməyinin səbəbi nə oldu?
- Tərlan müəllim dəvət etdi, mən də gəldim. "Neftçi" üçün bu yerdə olmaq biabırçılıqdı. Kömək etmək üçün gəlmişəm. 

 

- "Zirə"də intizamsızlıq etdin və ayrıldın. Bu barədə nə deyə bilərsən?
- Bu barədə çox danışdıq. Artıq hər şey keçmişdə qalıb. İntizamsızlıq etməmişəm, sadəcə, xarakterlərimiz tutmadı. Sağollaşıb ayrıldıq. 

 

- İlk dövrə başa çatmaq üzrədir. İlk qələbəni qazana biləcəksiniz?
- Qışa qədər xal qazanmağa çalışacağıq. Daha sonra isə avrokuboklara vəsiqə üçün yarışacağıq.

Xəbər xətti