Ramin Musayev Qəbələdəki insident barədə: "Kişi kişini vurar da" MÜSAHİBƏ

21:51 - 24 Sentyabr 2017

"Qəbələ" Topaz Premyer Liqasının 6-cı turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra matçı stadiondan canlı izləyən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev jurnalistlərə müsahibə verib. Qrumun prezidenti ilk olaraq matçla bağlı danışıb. O, "Neftçi"nin oyunundan da razı qaldığını deyib:

 

"Hər iki komandanın oyununda razı qaldım. "Neftçi"nin oyunu da məni qane etdi. İstədiyim oyuna lap az qalıb. İnşallah o da olacaq".

 

- Roman Qriqorçukla da danışığınız oldu...
- O insanki vəzifəsinə hörmət edir və işini sevirsə, cavabdehlik daşıdığı məsələyə məsuliyyətlə yanaşırsa, həmin adama böyük hörmətim var. Dostluq söhbəti idi...

 

- I Divizionda yenidən 12 komanda olacağı deyilir...
- O, şayiələrdir. Gəzən söz-söhbətləri külək aparır. 10 komanda olacaq. Bu, konkretdir.

 

- "Qarabağ"ın "Roma" ilə matçı barədə nə düşünürsünüz?
- "Qarabağ" "Vaz 2106", "Roma"da isə "BMW" motorudur. İnşallah, "BMW" "06"ya yoldaşlıq edər.

 

- Oyundan sonra "Qəbələ"nin futbolçuları - Ruslan Qurbanovla Stiven Monroz əlbəyaxa oldular. Ruslan açıqlamasında dedi ki, Monroz məni vurdu. Buna münasibətiniz necədir?
- Əşşi. Kişi kişini vurar da... Allah köməyi olsun, PFL-in büdcəsi artacaq (gülərək). Klubun daxili işinə qarşmaq düzgün olmazdı. Bu, komandanın daxili işləridi.

Xəbər xətti