"Səbail" "Kəpəz"ə, "Sumqayıt" "Qarabağ"a qalib gəldi

00:54 - 25 Sentyabr 2017

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 6-cı tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. “Səbail” doğma meydanda “Kəpəz”ə qalib gəlib. “Qarabağ” isə “Sumqayıt”a böyük hesabla uduzub.

 

Əvəzedicilərin çempionatı

6-cı tur

 

“Səbail” – “Kəpəz” 2:1

Qollar: Aqşin Hüseynov, 21. Murtuz Abakarov, 63 - Eltac Mirzəyev, 41.

 

“Qarabağ” – “Sumqayıt” 1:5

Qollar: Salman Cəfərov, 33 - Ehtiram Şahverdiyev, 6. Ramil Həsənov, 29. Süleyman Piriyev, 31, İbrahim Qədirzadə, 51-öz qapısına. Fərid Kərimzadə, 70.

Xəbər xətti