"Roma"nın baş məşqçisi: "Qarabağ"ın yaxşı hücum xətti var"

10:10 - 25 Sentyabr 2017

Çempionlar Liqanının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma”nın baş məşqçisi Eysebio Di Françesko açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəəssis Bakıdakı oyunun çətink eçəcəyini və Ağdam klubunun futbolçularını tanıdığı söyləyib:

 

"Bizi səfərdə “Qarabağ”la asan oyun gözləmir. Rəqib meydanında xüsusi atmosfer olacaq. Mən “Qarabağ”ın futbolçularını tanıyıram, onlar haqda məlumat toplamışam. "Qarabağ"ın yaxşı hücum xətti var. Rəqib fiziki cəhətdən ideal vəziyyətdə olmaya bilər, ancaq biz oyuna mütləq yaxşı formada çıxmalıyıq”.

 

Qeyd edək ki, “Qarabağ” sentyabrın 27-də Bakı Olimpiya Stadionunda “Roma”nı qəbul edəcək. 

Xəbər xətti