AFFA "Bakılı" və "Şahdağ"la bağlı qərar verdi

11:02 - 25 Sentyabr 2017

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda “Bakılı” və “Şahdağ” tərəfindən Birinci divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb.

 

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 

1. “Bakılı” FK və “Şahdağ” FK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın.
2. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

Xəbər xətti