"Roma"da daha bir itki: Bakıda oynamayacaq

İtaliya A Seriasında mübarizə aparan “Roma” Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəyi oyuna ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, komandanın argentinalı hücumameylli yarımmüdafiəçisi Dieqo Perotti “Udineze”yə qarşı ölkə çempionatının 6-cı turunun görüşündə zədə alıb. 

 

İlkin məlumata görə, 29 yaşlı futbolçu bu səbəbdən 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

 

İtaliya mətbuatı Perottinin “Qarabağ”la oyunla yanaşı gələn həftənin bazar günü “Milan”a qarşı keçiriləcək matçı da buraxacağını yazıb.

 

Əlavə edək ki, "Roma"nın hücumçusu Patrik Şik də zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq.

 

Xatırladaq ki, ÇL-in ikinci turunun "Qarabağ" - "Roma" oyunu sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Tarix: 25 Sentyabr [12:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio