Almaniya millisində daha bir itki: Yığmamızla oyunu buraxacaq

14:56 - 25 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığması daha bir itki ilə üzləşib. 

 

Sportal.az xəbər verir ki, Benedikt Hövedes sıradan çıxıb. “Yuventus”un müdafiəçisinin məşq zamanı əzələsi zədələnib. 29 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Bu isə onun DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də Şimali İrlandiya və 8-də millimizə qarşı keçiriləcək oyunları buraxacağı deməkdir.

 

Xatırladaq ki, Almaniya millisinin qapıçısı Manuel Noyer də zədə səbəbindən yığmamızla oyunu buraxacaq.

Xəbər xətti