Rüfət Dadaşov: "Prosineçki gələndən sonra vəziyyət dəyişdi"

Milli komandamızın sabiq hücumçusu Rüfət Dadaşov Almaniya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən "Dinamo"nun hücumçusu son turda “Bautzen”ə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Bununla bağlı fikirlərini bildirən Dadaşov millimizdə çıxış etdiyi vaxtları da xatırlayıb:

 

“Het-trik etməyim əla oldu. Ancaq məni daha çox nəticə, komandamın qələbəsi maraqlandırır. Berti Foqts millinin baş məşqçisi olanda mənə dəvət göndərirdi. Amma Prosineçki gələndən sonra vəziyyət dəyişdi. O,  3-cü və daha aşağı liqalarda çıxış edən futbolçulara dəvət göndərmir”.

 

Almaniya mətbuatı Rüfət Dadaşovun het-trik etməklə özünü Robert Prosineçkiyə ən yaxşı şəkildə sübut etdiyini yazıb.

 

Qeyd edək ki, 2013-2014-cü illərdə millimizdə çıxış etmiş Rüfət Dadaşov 16 oyunda 4 qol vurub.

Tarix: 25 Sentyabr [16:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2017
13  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio