Emin Mahmudov Premyer Liqada debüt etdi

19:28 - 24 Sentyabr 2017

Emin Mahmudov "Neftçi"də ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Topaz Premyer Liqasının 6-cı turunda "Qəbələ"yə qarşı matçda debüt edib. Mahmudov görüşün 63-cü dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, Emin Mahmudov "Neftçi" ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

Xəbər xətti