El Şəravi: "Qarabağ"ı çox yaxşı tanıyıram"

00:22 - 26 Sentyabr 2017

"Monako"nun heyətində əvvəllər "Qarabağ"a qarşı oynamışam. Rəqibimizi çox yaxşı tanıyıram. Bakıda bizi çox çətin qarşılaşma gözləyir. Hər kəs bilir ki, çətin qarşılaşma keçəcək".

 

Sportal.az xəbər verir ki, bu sözləri İtaliyanın "Roma" klubunun futbolçusu Stefan El Şəravi deyib. "Canavarlar"ın vingeri UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"la oyun öncəsi matçla bağlı açıqlama verib.

 

O, "Qarabağ"ın azarkeşlərindən çəkindiklərini bildirib: "Düzdü, düşünmək olar ki, "Qarabağ" fiziki cəhətdən zəifdi. Amma azarkeşlərin yaratdığı atmosfer rəqibə müsbət təsir edəcək. Bu oyuna yaxşı köklənməliyik. Əks halda acınacaqlı nəticəylə üzləşə bilərik. Düşünürəm ki, "Udineze" üzərindəki qələbədən sonra əhval-ruhiyyə yaxşıdır.

 

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-də, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti