Fikrət Orman: "Türkiyə Super Kuboku oyununu niyə Azərbaycanda keçirmirik?"

11:29 - 26 Sentyabr 2017

Türkiyənin “Tivibu Spor” kanalında yayımlanan “Orta Nokta Özel” proqramının qonağı olan “Beşiktaş”ın prezidenti Fikret Orman maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, "qara qartallar"ın patronu Türkiyə Super Kubokunun ölkə xaricində keçirilmə variantı barədə danışıb:

 

“Ötən mövsüm "Milan" və "Yuventus" komandaları arasında İtaliya Super Kubokunun oyunu Dohada keçirilib. Məsələn, niyə biz Azərbaycanda, Doha və başqa yerdə oynamırıq? Türkiyədə futbolun səviyyəsi çox yetərsizdir. Nə üçün ölkə futbolunun dəyərini artırmaq üçün işlər görmürük?".

 

Fikrət Orman sözlərinə belə davam edib:

 

"İtaliya və ya İspaniya bu istiqamətdə çalışırsa, biz niyə etmirik? Tanzaniyaya getsən, "Mançester Yunayted"in oyununu izləyə bilərsən. Marka dəyəri bu cür olur. Türkiyədəki matçlar izlənə bilinirmi? Türkiyədə öz vətəndaşlarını stadiona gətirə bilmirsənsə, başqalarını necə gətirəcəksən? Səviyyəni yüksəltmək lazımdır, səviyyəni!".

Xəbər xətti