"İnter"in sabiq baş məşqçisi "Antalyaspor"da

12:20 - 26 Sentyabr 2017

Rza Çalımbayla yollarını ayıran Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Antalya təmsilçisini braziliyalı mütəxəssis Leonardo çalışdıracaq. 48 yaşlı mütəxəssisin müqaviləsi bardədə məlumat verilməyib.

 

Leonardo 2009/10 mövsümündə “Milan”ın, 2010/11 mövsümündə isə “İnter”in baş məşqçisi olub. Daha sonra Fransanın PSJ klubunda idman direktoru kimi 6 ay çalışan mütəxəssis tezliklə “Antalyaspor”la rəsmi müqavilə imzalayıb, yeni işinə başlayacaq.

 

"Antalyaspor" Super Liqada 6 turdan sonra 6 xal toplayıb və turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti