"Roma" Bakıya gəldi

16:07 - 26 Sentyabr 2017

Sabah Çempionlar Liqasının qrup oyununda “Qarabağ”la qarşılaşacaq “Roma” artıq Bakıdadı.

 

Sportal.az xəbər verir ki, “canavarlar” bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına hava limanına eniblər.

 

Onları az sayda azərbaycanlı olan “Roma” azarkeşi qarşılayıb. Futbolçular azarkeşlərlə şəkil çəkdirdikdən sonra avtonusa minərək hava limanından uzaqlaşıb. Onlar Bakıda “Abşeron Marriot” oteldə məskunlaşacaq. 

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sabah saat 20:00-da, Bakı Olimpiya Stadionunda start götürəcək.

Xəbər xətti