"Mançester Yunayted" Fellainini əldən buraxmaq istəmir

20:47 - 26 Sentyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” belçikalı futbolçusu Maruan Fellaini ilə yeni müqavilə imzalamağa yaxındı.


Sportal.az xəbər verir ki, baş məşqçi yarımmüdafiəçi ilə olan sözləşmənin müddətinin uzadılmasını rəhbərlikdən tələb edib.


Təcrübəli mütəxəssis tez bir zamanda yeni sazişin imzalanmasını istəyir. Bildirilir ki, Fellaini ilə birlikdə Markus Raşfordla da yeni müqavilə imzalanacaq.

 

Xəbər xətti