"Qarabağ" "Roma"ya uduzdu YENİLƏNİB

21:56 - 27 Sentyabr 2017

Bu gün UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində növbəti oyunlar keçiriləcək.


Sportal.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” qrup mərhələsində ilk ev oyununu keçirəcək. 


Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda İtaliyanın “Roma” klubunu qəbul edəcək.


İlk oyunda səfərdə “Çelsi”yə böyük hesabla uduzan (0:6) “köhlən atlar” doğma azarkeşlər önündə yaxşı nəticə qazanmağa çalışacaq. 


Qrupdakı ilk oyununda evdə “Atletiko” (Madrid) ilə heç-heçə edən (0-0) “canavarlar” isə cari mövsümdə turnirdədəki ilk qalibiyyətini əldə etməyə səy göstərəcək.

 

27 sentyabr

C qrupu
 

20:00 Qarabağ (Azərbaycan) - Roma (İtaliya) - 1:2

Qollar: Pedro Enrike, 28 - Kostas Manolas, 7, Edin Ceko, 15
Baş hakim: Artur Dias 
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares 
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro 
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya) 
Hakim-inspektor: Haim Yakov (İsrail) 
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya) 
Bakı Olimpiya Stadionu

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

 

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarık El Yunusi, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana

 

Baş məşqçi: Qurban Qurbanov
 
“Roma”: 1. Alison Beker, 4. Raca Naynqolan, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalons, 23. Qriqori Defrel, 44. Kostas Manolas, 92. Stefan El Şaravi

 

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 6. Kevin Strotman, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 30. Gerson

 

Baş məşqçi: Eysebio Di Françesko

Xəbər xətti