“Qarabağ”ın gəncləri “Roma”ya uduzdu YENİLƏNİB

15:51 - 27 Sentyabr 2017

Bu gün UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxacaq.


Sportal.az xəbər verir ki, Ağdamın U-19 komandası “Azərsun Arena”da İtaliyanın “Roma” klubunu qəbul edəcək.


İlk turda “Çelsi”yə qarşı 0:5 hesabı ilə məğlub olan “köhlən atlar” evdə turnirdəki ilk qələbəsini qazanmağa çalışacaq.


“Canavarlar” isə ilk turda doğma meydanda “Atletiko”ya (Madrid) 2:1 hesabı ilə məğlub olduqdan sonra ilk qalibiyyətini əldə etmək üçün mübarizə aparacaq.


Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı saat 14:00-da start götürəcək. Qarşılaşma "CBC Sport" telekanalıyla canlı yayımlanacaq.


UEFA Gənclər Liqası
27 sentyabr
C qrupu
Saat 14.00
 “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) 0 - 3
Baş hakim: Horatiu Fesnic  (Rumıniya)
Baş hakimin köməkçiləri: Alexandru Cerei (Rumıniya), Mihai Marica (Rumıniya)  
Dördüncü hakim: İnqilab Məmmədov  (Azərbaycan)
UEFA nümayəndəsi: Leonid Kaloşin  (Rusiya)
Hakim inspektor: Haim Jakov (İsrail)
Azərsun Arena

 

“Qarabağ”: 40. Məmməd Hüseynov, 31. Oliver Stoymenovski, 36. Əli Əliyev, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 59. Boyan Miovski, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov, 80. Yusif Həsənov

 

Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 37. Akif Hümbətzadə, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev

 

Baş məşqçi: Rəşad Sadıqov

 

“Roma”: 1. Andrea Romanyoli, 3. Andrei Trusesku, 4. Rikkardo Karqnelutti, 5. Stefano Siavattini (k), 6. Andrea Markuççi, 7. Dario Midous, 8. Lorentso Valeu, 9. Jan Kelar, 10. Mirko Antonuççi, 11. Rikkardo Kappa, 16. Alessio Rikkardi

 

Ehtiyat oyunçular: 23. Alessio Palyiarini, 2. Lirim Kastrati, 14. Devid Bua, 15. Salvatore Pezzella, 18. Visente Besujen, 20. Keres Masanqu, 21. Luka Petrunqaro

 

Baş məşqçi: Alberto De Rossi   

Xəbər xətti