Falkao: "Beşiktaş"la oyuna qədər bu məğlubiyyəti unutmalıyıq"

Dünən Çempionlar Liqasının qrup mərhəlisinin 2-ci turunda “Monako” “Porto”ya öz yerində 3:0 hesabı ilə məğlub olub.


Sportal.az xəbər verir ki, matçdan sonra Frnasa təmsilçisinin futbolçusu Radamel Falkao açıqlama verib.


İlk öncə oyunu dəyərləndirən hücumçu: “Həqiqətən, bu oyundan danışmaq çətindi. Qol fürsəti axtardıq, hər şeyi etdik. İkinci hissədə isə bizi sanki öldürən iki qol vurdular”.


Kolumbiyalı oyunçu “Beşiktaş” matçına qədər bu məğlubiyyəti unutmalı olduqlarını deyib: “Bundan sonrakı qarşılaşma çox önəmlidi.  “Beşiktaş”a qarşı evimizdə oynayacağıq. Ümid edirəm ki, oyuna qədər “Porto”yla matçdakı məğlubiyyəti unudar və bu vəziyyətdən qurtularıq”.

Tarix: 27 Sentyabr [12:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio