Raca Nainqqolan: "Yaxşı oyun keçirmədik"

23:47 - 27 Sentyabr 2017

“Qalib gəlmək çox vacib idi. Ancaq biz yaxşı oyun keçirmədik. Buna baxmayaraq, 3 xal bizim oldu. Buna görə məmnun ola bilərik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri oyundan sonra jurnalistlərin suallarını cavablandıran Raca Nainqqolan söyləyib.

 

“Roma” Çempinlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə təmsilçimiz “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran belçikalı yarımmüdafiəçi erkən qol vurmalarının işlərini rahatlaşdırdığını söyləyib:

 

“Oyuna əla başladıq. Erkən qollar işimizi asanlaşdırdı. Hesabı 3-0 da edə bilərdik. Lakin “Qarabağ” bizi cəzalandırdı. Ancaq istəyimizə çata bildik”.

 

Nainqqolan istədikləri kimi oynaaqdıqlarını bildirib:

 

“İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Meydan şərtlərini və digər amilləri qeyd edə bilərəm. Önümüzə baxmalıyıq və daha yaxşı işlər görməliyik. Bir daha təkrar edirəm ki, 3 xal qazanmaq bizim üçün daha vacib idi. Bəlkə də Bakıya gələndə düşünürdük ki, rahat qalib gələcəyik. Ola bilər ki, nəyisə düzgün qiymətləndirməmişik. Ancaq əhəmiyyətli olan 3 xaldır”.

Xəbər xətti