Edin Ceko: "Bakıda qalib gəlmək asan deyildi"

00:10 - 28 Sentyabr 2017

“Yaxşı oynamaqdansa, qalib gəlmək daha vacib idi. Məsləni ilk hissədə həll etmək lazım idi. Lakin qapımızda gördüyümüz qol intiriqanı öldürmədi. Komanda şəklində bu qalibiyyət üçün əziyyət çəkdik". 

 

Sportal.az xəbər verir ki, bu sözləri oyundan sonra jurnalistlərin suallarını cavablandıran Edin Ceko söyləyib.
 
“Roma” Çempinlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə təmsilçimiz “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran bosniyalı və herseqovinalı hücumçu erkən qollardan sonra “Qarabağ”a fürsət verdiklərini söyləyib:

 

“Oyun çox aqressiv və güclü başladıq. Bunun nəticəsində də erkən qollar vurduq. Daha sonra arxayınlaşdıq və “Qarabağ”a da oynamaq fürsəti verdik. Onlar da bizi sıxmağa başladı".

 

Ceko Bakıda asan qələbə qazanmaqdıqlarını sözlərinə əlavə edib:

 

“Bakıda qalib gəlmək asan deyildi. Bir çoxları düşünürdülər ki, “Qarabağ”a çox asan qalib gələcəyik, amma biz belə fikirləşmədik. Hətta “Milan”la A Seriyada keçirəcəyimiz matça görə bu oyuna səthi yanaşacağımızı söyləyənlər də yanıldılar. Biz bu görüşə ciddi yanaşırdıq”. 

Xəbər xətti