Millimiz Gürcüstana yenə də uduzdu

10:39 - 28 Sentyabr 2017

Tiflis şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki,Gürcüstanın U-16 komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Millinin qolunu Samir Məhərrəmli vurub.

 

Bu komandalar arasında sentyabrın 25-də keçirilən yoldaşlıq oyunu da gürcüstanlı futbolçuların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti