Stefan El-Şaaravi: "Qarabağ" öz oyunu ilə bizi sarsıtdı" MÜSAHİBƏ

10:45 - 28 Sentyabr 2017

"Roma" "Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda təmsilçimiz "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "canavarlar"ın yarımmüdafiəçisi Stefan El-Şaaravi jurnalistlərə müsahibə verib.

 

- Çətin qələbə əldə etdiniz. Bunu gözləyirdiniz?

- Asan qələbə qazanacağımızı gözləmirdik də. Oyuna ciddi yanaşırdıq. İlk hissədə vurduğumuz 2 qol bizi zəfərə apardı. Düzdü, "Qarabağ" öz oyunu ilə bizi ikinci hissədə sarsıtdı. Amma buna baxmayaraq, biz vacib olan 3 xalı əldə etdik.

 

- "Qarabağ" Seriya A təmsilçiləri olan "Benevento" və "Verona"dan fərqlənir?

- Azarkeşlərin atmosferi möhtəşəm idi. Çempionlar Liqasında zəif komanda olmur. Düzdü, çempionatda da asan oyunlarımız olmur. Bunu söyləmək bizə asan gələ bilər. Biz faktiki çox əziyyət çəkdik və qalib gəldik.

 

- Eysebio Di Françeskonun rəhbərliyi altında oynamaq necədi?

- Çox çalışmaq lazımdı. Biz inamla irəli gedirik. Artıq ardıcıl 4-cü qalibiyyətimizi qazandıq.

 

- Həftəsonu "Milan"la matç barədə nə düşünürsünüz?

- "Milan" çempionatda 2 oyunda artıq uduzub. Bizimlə görüşdə qələbəni hədəfləyəcəklər. Asan olmayacaq. Bu matça ən yaxşı şəkildə hazırlaşacağıq.

Xəbər xətti