"Kəpəz"lə "Qəbələ"nin 17-ci dueli

Bu həftə Topaz Premyer Liqasında 1-ci dövrəyə yekun vurulacaq. 

 

Sportal.az xəbər verir ki, dövrənin sonuncu – 7-ci turunda “Qəbələ” “Kəpəz”lə görüşəcək. Sentyabrın 29-da baş tutacaq qarşılaşma rəqiblərin 17-ci dueli olacaq. İndiyədək yalnız Azərbaycan çempionatında görüşən komandalar 16 dəfə üz-üzə gəlib. “Qəbələ”nin “Kəpəz”lə ilk oyunu 2011-ci ilə təsadüf edib. Komandalar 2011/12 mövsümündə 4 dəfə heç-heçə oynadıqdan sonra növbəti 2 çempionatın hərəsində iki duelə çıxıblar. 2 il yarımlıq fasilədən sonra 2015-ci ildə qarşılaşan “Qəbələ” və “Kəpəz” son iki çempionatın hərəsində 4 dəfə münasibətlərini ayırd edib.

 

Baş tutan 16 matçda “qırmızı-qaralar” üstünlüyə malikdi. "Qəbələ" 6 qələbə qazanıb, 5 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. “Qəbələ” top fərqində də minimal üstünlüyə malikdi – 15:14. Hər iki komanda öz meydanındakı görüşlərdə daha yaxşı nəticələr qazanıb. “Qəbələ” evdə 5 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 məğlubiyyət yaşayıb. Bu görüşlərdə 11 qola sevinən komandamız 4 top buraxıb. Səfərdə 1 qələbəsi olan “qırmızı-qaralar” 3 dəfə 1 xal qazanıbsa, 4 dəfə yenilgiylə barışıb. Rəqib meydanında 4 qolu olan futbolçular 10 top buraxıb.
 
2010/11 mövsümü
31.10.2010. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0
 
27.02.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 0:0
 
02.04.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 1:1
Murad Hüseynov, 26 // Junivan Suares, 56
 
12.05.2011. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0
 
2011/12 mövsümü
16.10.2011. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Deon Barton, 41, Dodo, 53
 
07.03.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:2
Sabir Allahquliyev, 72, Yuri Fomenko, 75, Junivan Suares, 87 // Lyuba Baranin, 32, Yannik Kamanan, 85
 
2012/13 mövsümü
15.09.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:0
Bəxtiyar Soltanov, 41
 
19.11.2012. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Viktor Mendi, 61, Rəşad Abdullayev, 66 (p.) 
 
2015/16 mövsümü
23.08.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:0
Ermin Zets, 6
 
01.11.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:2
Fakundo Pereyra, 69 //  Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4
 
30.01.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:0
Julien Ebah, 25, 75, Namiq Ələsgərov, 57
 
20.05.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 0:1
Aleksey Qay, 76
 
2016/17 mövsümü
08.08.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Tellur Mütəllimov, 58; Baqali Dabo, 79 
 
17.12.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:1
Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) // Tural Axundov, 77 (p.)
 
28.02.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:1
Şəhriyar Rəhimov, 36 // Renan Silva, 54 (ö.q) 
 
16.04.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 2:0
Julien Ebah, 70; Dario Federiko, 90+3

Tarix: 28 Sentyabr [11:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2017
17  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio