"Bavariya"da Ançelotti dönəmi rəsmən bitdi

18:35 - 28 Sentyabr 2017

"Bavariya" baş məşqçisi Karlo Ançelotti ilə yolları rəsmən ayırıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi italyan mütəxəssislə yola davam etməmək qərarı alıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

 

Mövsümə gözlənildiyindən zəif başlayan Almaniya nəhənginin Çempionlar Liqasında PSJ-yə 0:3 hesabı ilə məğlub olması 58 yaşlı çalışdırıcının göndərilməsinə səbəb olub. Həftəsonu Bundesliqada "Herta" ilə oyuna "Bavariya"nı Ançelottinin köməkçisi Uilli Sanyol çıxaracaq.

 

Qeyd edək ki, Karlo Ançelotti 2016-cı ilin yayından "Bavariya"nı çalışdırırdı.

Xəbər xətti