Ronaldo Messi və Neymardan daha çox qazanmaq istəyir

20:56 - 28 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) ulduz futbolçusu Kriştiano Ronaldo rəhbərliklə görüşüb və maaşının artırılmasını istəyib.


Sportal.az “Marca” nəşrinə istinadən xəbər verir ki, son Avropa çempionu Neymar və Messidən daha yaxşı oyunçu olduğuna inanır və buna görə də, ən çox məvacib almalı olduğunu düşünür.


Bildirilir ki, 2021-ci ilə qədər Madrid təmsilçisi ilə müqaviləsi olan Ronaldo rəhbərlikdən 25 milyon avro maaş tələb edib, lakin rəhbərlik buna müsbət yanaşmır.


Qeyd edək ki, “Mançester Yunayted”dən 2009-cu ildə “Real”a keçən 32 yaşlı portuqaliyalı ulduz bu mövsüm 6 oyuna 5 qol vurub.

 

Xəbər xətti