Aquero yol qəzasına düşüb FOTOLAR

10:30 - 29 Sentyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan Mançester Siti”nin hücumçusu Serxio Aquero kolumbiyalı müğənni Malumanın konsertinə görə getdiyi  Hollandiyada yol qəzasına düşüb.


Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçunu İngiltərəyə qayıtmaq üçün Amsterdam şəhərinin hava limanına aparan taksi avtomobili dirəyə çırpılıb.


Argentinalı oyunçunun həyati təhlükəsinin olmadığı, lakin qabırğalarının zədələndiyi bildirilir. Onun 2 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. 


Qeyd edilir ki, Aquero avtomobildə təhlükəsizlik kəmərindən istifadə edibmiş.

 

Xəbər xətti