Tərlan Əhmədov: "Yüksək səviyyədə oyun sərgilədik" VİDEO

02:25 - 30 Sentyabr 2017

Topaz Premyer  Liqasının 7-ci turunda keçirilən “İnter” – “Neftçi” matçından (0:2) sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

Sportal.az xəbər verir ki, Əhmədov ilk olaraq oyun barədə danışıb: "Sonuncu dəfə 6 ay əvvəl qələbə qazanmışdıq. Çalışdığımız qədər müdafiədəki propblemləri aradan götürmüşdük ki, səhvlər minumuma endirilsin. Yüksək səviyyədə oyun sərgilədik. Rəqibə təzyiq göstərmək istəyirdik, bu da alındı".

 

- Emin Mahmudovun çıxışı sizi qane etdi?

- Bu gün hamının oyunundan razıyam. Uzun müddətdi oynamırdı, optimal formadan uzaq idi. Amma millilərin oyunu ilə bağlı yaranmış fasilədə onun formaya düşməsinə çalışacam.

 

- Kiril Petrov oyun qaydalarından xəbərdar deyil? Topu çiləyib başı ilə qapıçıya ötürdü..

- Artıq yeni qaydalar var. Hər mövsümdən əvvəl Xaqani Məmmədovu dəvət edirdim ki, yeni qaydaları futbolçularıma izah etsin. Yeni qaydalar əsasən futbolçu topu başına atıb qapıçıya atmağı qadağandı. Futbolçunun niyə belə etdiyini bilmirəm, ola bilsin ki, qaydalardan xəbərdar deyildi. Qısa müddətdə hakim dəvət edəcəm ki, yeni qaydaları başa salsın.

 

- Çingiz Abdullayevlə, Orxan Hüseynzadə oyundan sonra paltardəyişmə otağına gəlib komandanı təbrik etdimi?

- Orxan Hüseynzadə və Elnur Eyvazov gəlib təbrik etdi. Çingiz bəydən xəbərim yoxdu.

 

Xəbər xətti