"Bursaspor"un futbolçusu millimizdən imtina etdi AÇIQLAMA

22:22 - 29 Sentyabr 2017

"Bursaspor"un və U-21 milli komandamızın yarımmüdafiəçisi Ozancan Kökcü karyerası ilə bağlı qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, gənc futbolçu Azərbaycan milli komandasında oynamaqdan imtina edib. Kökcü məsələ ilə bağlı açıqlamasında bunları qeyd edib:

 

"Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq, irqimiz və qanımızdan olan Azərbaycan millisində oynadım. Bu formanı şərəflə geydim və qürur duydum. Ancaq son zamanlar bəzi olaylar məni düşündürdü və qərar verməyə məcbur oldum. Düşünürəm ki, milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı. Mən Azərbaycanda oynayan futbolçu dostlarıma qarşı hörmətsizlik etmək istəmirəm. Orada oynayan oyunçulara qarşı haqsızlıq etdiyimi düşünərək Azərbaycan millisində oynamaqdan imtina edirəm. Mənim əvəzimə oynayan qardaşlarıma uğurlar arzu edirəm. Qəlbim sizinlədir!"

 

Qeyd edək ki, 19 yaşlı futbolçu bu ildən milli komandamızda çıxış edirdi.

Xəbər xətti