“Köln” 38 yaşlı futbolçu transfer etdi

Almaniya Bundesliqasında mübarizə aparan “Köln” perulu futbolçu Klaudio Pisarronu heyətinə qatıb.


Sportal.az xəbər verir ki, 38 yaşlı oyunçuyla mövsümün sonuna qədər müqavilə imzalanıb.


Daha öncə “Verder” (Bremen) və “Bavariya”da forma geyinən hücumçu Bundesliqada cəmi 191 qol vurub. Avrokuboklarda 30, Peru millisinin heyətində 18 qol vuran Pisarro keçən mövsüm “Verder” formasını geyinib.


Qeyd edək ki, bu mövsüm Bundesliqada qələbə qazana bilməyən “Köln” turnir cədvəlində 1 xalla sonuncu sıradadır.

 

Tarix: 29 Sentyabr [23:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2017
10  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio