Ulduz futbolçunu xanımı evdən qovmaq istəyib - Penaltini qeyri-dəqiq yerinə yetirdiyi üçün

Mövsümün əvvəlində 62 milyon avro qarşılığında Madrid “Real”ından “Çelsi”yə transfer olunan Alvaro Moratanın Londonda ilk günləri çətin keçib.

 
Sportal.az
xəbər verir ki, İngiltərə Super Kubokunda “Arsenal”la oyunda penaltini qeyri-dəqiq yerinə yetirən Morata uzun müddət özünə gələ bilməyib. 2 gün yatmayan və əhval ruhiyyəsi olmayan forvardı xanımı həyat yoldaşı Alisa Kampello tərəfindən evdən qovulmaq üzrə olduğunu açıqlayıb:

 
“Arsenal"la oyundakı qaçırdığım penaltiyə görə üzülmüşdüm. Xüsusilə, ilk 2 gün mənim üçün çox çətin keçdi. Xanımım da evdən getməyimi istədi və məni qovurdu. Ancaq belə vəziyyətdə özünüzü ələ almalı olduğunuzu xatırlayırsınız. İndi komanda şəklində də yaxşı çıxış edirik. Yaxşı nəticələr əldə edirik. Əsas olan da budur”.

 

Morata "Çelsi"yə keçmək səbəbini də açıqlayıb: "Buraya gəlməkdə əsas səbəbim klubun və Antonio Kontenin mənə inanması idi. İngiltərə hər oyunçuya meydan oxumaq üçün çətin yerdi. Yavaş-yavaş Premyer Liqaya alışıram".

 

Image result for morata alice

Image result for morata alice

Image result for morata alice

Image result for morata alice

Image result for morata aliceImage result for morata alice

Tarix: 30 Sentyabr [00:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio