Joze Mourinyo məhkəmə qarşısına çıxacaq

01:20 - 30 Sentyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo məhkəməyə verilib.


Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssisin vergi qaçırdığı iddia edilir.


Bir dönəm “Real”ın (Madrid) baş məşqçisi olan Joze Mourinyonun 2011 və 2012-ci ildə əldə etdiyi gəlirlə bağlı heç bir açıqlama vermədiyi və İspaniya dövlətinə 3.5 milyon avro borcu olduğu qeyd edilir.


54 yaşlı çalışdırıcının təmsilçisi bu iddiaları qəbul etməyib və portuqaliyalı baş məşqçinin İspaniyada olduğu dönəmdə gəlirinin 41 faizinə bərabər olan 23 milyon avronu dövlətə vergi kimi ödədiyini bildirib. Həmçinin, Mourinyonun 2013-cü ildə vergi müqaviləsini imzaladığı da vurğulanıb.


Qeyd edək ki, Joze Mourinyo Premyer Liqada noyabrın 5-də “Çelsi”yə qarşı keçirləcək matçdan 2 gün qabaq Madriddə vergi qaçaqçırdığına görə məhkəmə qarşısına çıxacaq.

 

Xəbər xətti