Şahin Diniyev: "Sonuncu yer Gəncə futboluna yaraşmır"

16:03 - 30 Sentyabr 2017

Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “Qəbələ” - “Kəpəz” oyunu keçirilib – 0:2.


Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bölüşüb: 
“Maraqlı oyun oldu. Rəqibin gücünə bələd idik. “Qəbələ”nin heyətində olan futbolçular matçın taleyini təkbaşına həll edəcək gücdədirlər. Ona görə də çox ehtiyatlı oynamağa çalışdıq. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu da bizdə alındı. Oyunda ritm vardı və bu ritmi də tuta bildik. Uşaqlara təşəkkür edirəm. Çox xallar itirmişik, bundan sonra çalışacağıq ki, uğurlu çıxış edək. Sonuncu yer Gəncə futboluna yaraşmır. Klub rəhbərliyinə və azarkeşlərə minnətdaram ki, həm mənim, həm də komandanın arxasında durdular. Biz də onların inamını, etimadını doğrultmağa çalışdıq. “Qəbələ”yə də oyuna görə təşəkkür edirəm, bu gün biz imkanlardan istifadə edib qələbə qazandıq. Taktiki cəhətdən düzgün oynadıq”.  


Qeyd edək ki, bu qalibiyyətlə “Kəpəz” mövsümdəki ilk qələbəsini qazanıb.

 

 

Xəbər xətti