“Leyptsiq”in hücumçusu “Barselona”nın hədəfində

17:08 - 30 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Barselona” “Leyptsiq”in hücumçusu Timo Verner ilə maraqlanır.


Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “katalonoyalılar” 21 yaşlı oyunçu üçün yay transfer dönəmində təklif göndərə bilər.


Hücumçu transfer etmək istəyən “Barselona” klubunun direktoru Fernandezin alman futbolçunun liqadakı və milli komandadakı çıxışını izləyib.


Vernerin “Barça”ya keçməyə müsbət yanaşa biləcəyi də qeyd edilir.


Xatırladaq ki, gənc forvard bu mövsüm “Leyptsiq” forması ilə 9 oyuna 6 qol vurub.

 

Xəbər xətti