Nazarovlu "Aue" evdə məğlub oldu

17:34 - 30 Sentyabr 2017

Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Aue” Almaniyanın 2-ci Bundesliqasında 9-cu tur çərçivəsində meydana çıxıb.


Sportal.az xəbər verir ki, futbolçumuzun komandası öz meydanında “Union Berlin”i qəbul edib.
Matç qonaqların 1:2 hesabı qələbəsi ilə başa çatıb.


Nazarov start heyətində yer alıb və 90 dəqiqə meydanda olub. Millimizin üzvü qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb.


Bu nəticədən sonra “Aue”nin 13 xalı var.

 

Xəbər xətti