Emil Balayev: "Hamıya göstərməyə çalışdıq ki, zəif komanda deyilik" MÜSAHİBƏ

21:00 - 30 Sentyabr 2017

"Səbail" Topaz Premyer Liqasında 7-ci turunda "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "aslanlar"ın qolkiperi Emil Balayev əməkdaşımızın da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Milli komandamızın üzvü ilk olaraq oyun haqda danışıb:
 
“Kəpəz”lə oyunda zəif oynasaq da, 3 xalı qazanmışdıq. Bu matçda da istədiyimiz kimi çıxış etmədik. İlk dəqiqələrdən qol buramağımız çətin oldu. “Sumqayıt” qol vurandan sonra müdafiə çəkildi. Onlara qarşı oynamaq çətin oldu”.
 
- “Neftçi” və “Kəpəz” də ilk qələbəsini qazandı. Artıq autsayder olan komandalar “Səbail”ə yaxınlaşırlar...
- Buna görə məsuliyyətimiz artır. Başa düşürük ki, rəqabət var. Hər oyuna inamlı çıxamalıyıq.
 
- Çempionatın ilk dövrəsi ilk başa çatdı. “Səbail” ilk dövrəni 6 xalla 6-cı pillədə başa vurdu. Debütant üçün necə hesab edirsən?
- Komandanın qarşısına yüksək yerləri tutmaq vəzifəsi qoyulmamışdı. Biz ilk oyundan hamıya göstərməyə çalışdıq ki, zəif komanda deyilik. Baxmayaraq ki, I Diviziondan elitaya yüksəlmişdik.
 
- Milli komandamıza da dəvət aldın. Buna münasibət bildirərdin...
- Hər oyunçu üçün millinin şərəfini qorumaq böyük məsuliyyətdir. Həm də adam şərəf hissi keçirir. Ona görə də çox şad oldum.
 
- Samir Əliyev çox əsəbi idi. Oyundan sonra sizə nəsə dedi?
- Onun əsəbi olmağını başa düşmək olar. Çünki komandaya verdiyi tapşırıqları uşaqlar 100 faizli şəkildə həyata keçirə bilmədilər. Əgər dediklərini yerinə yetirsəydik, nəticə tam da fərqli ola bilərdi. Yəqin Samir müəllim buna əsəbiləşib.

Xəbər xətti