Dəniz Yılmaz 90 dəqiqə oynadı

00:23 - 1 Oktyabr 2017

Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, əsas millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Kayserispor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

 

Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

"Bursaspor" geridə qalan turlarda topladığı 9 xalla 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti