Araz Abdullayevsiz "Anortosis" xal itirdi

00:56 - 1 Oktyabr 2017

Kipr çempionatında altıncı turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” ən yaxın izləyicisi AEK Larnaka-nın qonağı olub. 

 

Abdullayevin adı matçın protokoluna daxil edilməyib.

 

Həmyerlimizin yoxluğunda komandası 90+2-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb - 1:1.

 

Qeyd edək ki,  6 oyundan 14 xalı olan “Anortosis” çempionatın vahid liderdirdir. 

Xəbər xətti