"Mançester Siti" "Çelsi"yə qalib gəldi VİDEO

01:00 - 1 Oktyabr 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, London klubu 7-ci turda doğma meydanda "Mançester Siti" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

 

"Çelsi" 7 turdan sonra 13 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Mançester Siti" və "Mançester Yunayted" 19 xalla ilk iki yeri bölüşürlər.

 

"Çelsi" - "Mançester Siti" - 0:1
Qol:
Kevin De Bruyne, 67

 

 

Xəbər xətti